Məktəblərdə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb
18-12-2022, 07:19
372

Məktəblərdə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlanıb

TehsilForumu.Az - 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə vakansiya seçimində uğur qazanan şəxslər üçün müsahibə mərhələsinə start verilir.



Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.



Bildirilib ki, müsahibələr onlayn formatda və “Microsoft Teams” platforması üzərindən təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunacaq tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.



Linkə keçid edərək müsahibə mərhələsinə aid mövzularla tanış olmaq mümkündür.
1 0

Şərhlər

Oxşar xəbərlər