Əlavə vakansiya seçimində uğur qazanan şəxslərin NƏZƏRİNƏ
24-12-2022, 10:09
478

Əlavə vakansiya seçimində uğur qazanan şəxslərin NƏZƏRİNƏ

TehsilForumu.Azxəbər verir ki , 2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə işə qəbul üzrə əlavə vakansiya seçimində uğur qazanan şəxslərin müsahibələrinə dair məlumat onların şəxsi səhifələrinə göndərilib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, müsahibələr dekabrın 28-də “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər