Bərdədə məktəb şagirdləri üçün təşkil olunan "Məktəbli Gənclərin Debat Klubları" layihəsi uğurla yekunlaşıb.
30-01-2024, 11:35
556

Bərdədə məktəb şagirdləri üçün təşkil olunan "Məktəbli Gənclərin Debat Klubları" layihəsi uğurla yekunlaşıb.

Layihə Bərdədə yerləşən 1, 3, 5, 7, 8 saylı tam orta məktəblərini, Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyasını və Ağdam 122 saylı tam orta məktəbini əhatə edib.

Üç mərhələdə təşkil olunan layihənin birinci mərhələsində 3 gün ərzində təlim keçirilib. Təlim debat oyununun qaydaları, natiqlik və təqdimat bacarığı istiqamətində baş tutub.



İkinci mərhələdə 2 gün ərzində debat turniri təşkili
Sonuncu mərhələdə isə Bərdədə yerləşən 7 məktəbdə debat oyununun tanıdılması istiqamətində təqdimatlar keçirilib.

Layihə Ağdam rayon 122 saylı tam orta məktəbinin biologiya müəlliməsi Təhminə Şəmmədova tərəfindən təqdim edilən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olmuşdur.
0 0

Şərhlər

Oxşar xəbərlər