"Müəllimlərimizi Tanıyaq" -  Şəmmədova Təhminə
22-02-2023, 09:10
481

"Müəllimlərimizi Tanıyaq" - Şəmmədova Təhminə

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə  Şəmmədova Təhminə haqqında danışacağıq :

Şəmmədova Təhminə Surxay qızı 1996-cı ildə Goranboy rayonun Balakürd kəndində anadan olmuşdur.

2013-cü ildə Goranboy rayon K.Alışanov adına Balakürd kənd tam orta məktəbini bitirdikdən sonra həmən il Gəncə Dövlət Üniversitetinin Biologiya fakültəsinin Kimya biologiya müəllimliyi ixtisasina qəbul olmuşdur.

2018-2020-ci illərdə Gəncə Dövlət Universitetində Genetika ixtisası üzrə magistr təhsili almışdır.

Tələbəlik illərində Asan xidmətdə, Nizami rayon icra hakimiyyətində və bir çox təşkilatlarda könüllü olaraq fəaliyyət göstərmişdir.

Debat klublarinda iki dəfə qalib Universitetlər üzrə 2-ci və 3-cü natiq təlimçi və hakim olmuşdur.

Bir çox şeir musabiqələrində iştirak etmişdir.

2021-ci ildən Bərdə şəhərində yerləşən Ağdam rayon 122 saylı köçkün tam orta məktəbində biologiya müəllimi olaraq çalışır.
0 0

Şərhlər

Oxşar xəbərlər