"Müəllimlərimizi Tanıyaq" - Allahverdiyeva Nigar
4-11-2023, 12:20
473

"Müəllimlərimizi Tanıyaq" - Allahverdiyeva Nigar


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Allahverdiyeva Nigar haqqında danışacağıq.


Allahverdiyeva Nigar Nuriddin qızı 1991-ci ildə Bakı şəhərində  doğulmuşdur.
1998-ci ildə 250 saylı tam orta məktəbdə məktəbə getməyə başlamışdır. 9 illik təhsilini başa vurduqdan sonra 2007-ci ildə Buzovna qəsəbəsində yerləşən 5 nömrəli Bakı Peşə Məktəbində “ Qadın bərbəri və manikürçü ixtisası “ üzrə təhsil almışdır.
Oxuduğu müddətdə müəllimlərin rəğbətini qazanmış və tədrisini  əla qiymətlərlə başa vurduqdan sonra 2009- cu ilin sentyabr ayından etibarən elə həmin məktəbdə “ Qadın bərbəri-manikürçü “ ixtisası üzrə İstehsalat təlim ustası kimi fəaliyyətə başlayan Nigar müəllimə bununla kifayətlənməmiş və özünü daha da təkmilləşdirmək üçün 2 ay müddətində Müəllimlər universitetində pedoqoji təlim keçmişdir.
Lakin uşaqlıqdan kino və teatır sahəsinə olan həvəsi onu rahat buraxmırdı. Elə bu həvəs də 2012-ci ildə onun yolunu Mədəniyyət və Sənətkarıq üzrə BDPT mərkəzindən saldı; belə ki Qrimçi pastijor ixtisasını oxuyan Nigar müəllimə təhsilini başa vurduqdan sonra artıq pedoqoji fəaliyyətinə  Qrim ustası olaraq davam etdirməyə başladı.
Eyni zamanda Allahveriyeva məktəbin xətti ilə keçirilən bir çox məktəbdaxili və məktəbdən kənarda təşkil olunmuş  dövlət tədbirlərində qrim sənətini ustalıqla sərgiləyərək bu sahədə də öz fərqini ortaya qoymağı bacarmışdır.
"Oxumağın yaşı yoxdur" düşüncəsinə əsasən Nigar 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində olan Azərbaycan Dövlət Pedaqoji kollecinə daxil olmuşdur.
Qiyabi təhsil alan Nigar hal-hazırda 4-cü kurs tələbəsidir. Amma bu hələ də son deyil, Nigarın fikrincə həyat və təhsil müştərək davam etməlidir.
3 0

Şərhlər

Oxşar xəbərlər