"Müəllimlərimizi Tanıyaq" - Fəridə Quliyeva
2-11-2023, 08:11
299

"Müəllimlərimizi Tanıyaq" - Fəridə Quliyeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Fəridə Quliyeva haqqında danışacağıq.

Quliyeva Fəridə Sabir qızı 27.10.1990-cı ildə Şəmkir rayonunda anadan olmuşdur. 
2009-cu ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin Riyaziyyat-informatika müəllimliyi ixtisasına daxil olmuş və 2013-cu ildə bitirmişdir. 
2013-cü ildə isə Gəncə Dövlət Universitetinin Magistratura şöbəsinin Riyaziyyatın Tədrisi Metodikası və Metodologiyası ixtisasına daxil olmuş və 2015-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Təhsil aldığı müddətdə Gəncə Dövlət Universitetində və digər universitetlərdə bir sıra olimpiada və konfranslarda iştirak etmişdir. Bakı Dövlət Universitetində elmi konfransda iştirak edərək Təşəkkürə layiq görülmüş və məqaləsi dərc olunmuşdur. 
Qafqaz Universitetində təşkil olunan İnformatika üzrə fənn olimpiadasında iştirak etmiş və sertifikata layiq görülmüşdür.
Gəncə Dövlət Universitetində də təşkil olunan konfranslarda da fəal iştirak etmiş və bir sıra qəzet və kitablarda məqalələrim dərc olunmuşdur.
Həmçinin 2015-ci ildə Azərbaycanda keçirilən 1-ci Avropa oyunlarında könüllü kimi iştirak etmişdir.
Hal hazırda Şəmkir rayonu Dəllər Cəyir kənd Mirzə Məmmədov adına ümumi orta məktəbində müəllimə işləyir.
Müəllim işlədiyi müddətdə də bir sıra təlimlərdə də iştirak edərək sertifikatlara layiq görülmüşdür. Məktəbdə metodbirləşmə rəhbəriyidir. Həmçinin Dövlət imtahan mərkəzinin imtahanlarında da zal nəzarətçisi kimi fəaliyyət göstərir .
1 0

Şərhlər

Oxşar xəbərlər