"Müəllimlərimizi Tanıyaq" - Leyla Məmmədova
27-10-2023, 12:48
455

"Müəllimlərimizi Tanıyaq" - Leyla Məmmədova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Leyla Məmmədova haqqında danışacağıq.

Məmmədova Leyla Mühiddin qızı 23 aprel 1988-ci ildə Balakən rayonunda anadan olmuşdur.
1994 -cü ildə Balakən rayonu Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2005-ci ildə məktəbi əla qiymətlərlə bitirərək həmin məktəbin məzunu olmuşdur.
2005-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və Ədəbiyyat müəllimliyi üzrə ali təhsil almışdır.
2007- ci ildən Balakən rayonu Akademik Zərifə Əliyeva adına şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamış, 2015/2023-cü illər ərzində həmin məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini çalışmışdır.
Cari tədris ilində yenidən Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyətini davam etdirir.
İşlədiyi illər ərzində ictimai tədbirlərdə və təlimlərdə fəal iştirak etmişdir.
Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant müsabiqəsində "Balakən məktəblilərin- Natiqlik yarışı" adlı layihə ilə iştirak etmiş və qalib olmuşdur.
2023/2024-cü tədris ilində 5 Oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı" ilə təltif olunmuşdur.
 Məmmədova Leyla müəllimlik fəaliyyəti ilə yanaşı eyni zamanda ictimai işlərdə də fəallıq göstərərək Balakən rayonu üzrə Yeni Azərbaycan Partiyasının 4 saylı ərazilik təşkilatının sədri seçilmişdir. 
Balakən rayonu Yeni Azərbaycan Partiyası təşkilatı tərəfindən keçirilən bir çox tədbirlərdə fəal iştirakına görə Fəxri Fərmana layiq görülmüşdür.
Eyni zamanda 10 ildir ki, repetitor müəllim kimi fəaliyyət göstərir. 
Şagirdlərinin 80 faizi Buraxılış imtahanında yüksək nəticə göstərirlər.
İşlədiyi illərdə həmişə şagirdlərinin vətənə layiqli bir şəxsiyyət kimi yetişməsini üstün tutmuş, vicdanlı bir müəllim olmaq müəllimlik fəaliyyətində qarşısına qoyduğu məqsəd olmuşdur.
2 0

Şərhlər

Oxşar xəbərlər