"Müəllimlərimizi Tanıyaq" - Heyran Eyvazova
27-10-2023, 07:59
339

"Müəllimlərimizi Tanıyaq" - Heyran Eyvazova


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Heyran Eyvazova haqqında danışacağıq.

Eyvazova Heyran Arif qızı 1985-ci ildə Laçın rayon Güləbird kəndində anadan olmuşdur.
Müxtəlif təlimlərdə iştirak edib sertifikatlar almağına baxmayaraq ən böyük uğuru şagirdlərinin sevgisini qazanmağıdır.
Onda müəllimliyə həvəsi biologiya müəllimi Samirə müəlliməsi yaratmış və bu həvəslə dərslərini daha da yaxşı oxuyaraq müəllim olmaq arzusuna çatmışdır.
2004-cü ildə Laçın rayon F. Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbini bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya müəllimliyini əyani oxuyaraq 2008-ci ildə ali təhsilini başa vurmuşdur.
Elə həmin ildən oxuduğu orta məktəbdə müəllimlik fəaliyyətinə başlamışdır.
İşini sevə-sevə yerinə yetirir. Şagirdlərini çox sevir.
0 0

Şərhlər

Oxşar xəbərlər