"Müəllimlərimizi Tanıyaq" - Əsmər Əliyeva
21-10-2023, 09:09
512

"Müəllimlərimizi Tanıyaq" - Əsmər Əliyeva

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Əsmər Əliyeva  haqqında danışacağıq.

Əliyeva Əsmər İlham qizi 1989-cu ildə Qəbələ rayon Vəndam qəsəbəsində anadan olmuşdur. 
Başqa müəllimlər kimi təlimlərdə iştirak etməyindən, sertifikatlarindan, böyük bir iş təcrübəsindən danışa bilməsə də ən böyük uğuru şagirdlərin sevgisindən doya-doya danışa bilər.
Körpə yaşlarından onda müəllimliyə qarşı ele həvəs yaranmışdı ki, dərslərini yaxşı oxuyaraq gələcəkdə müəllim olmağı xəyal edirdi.
Orta məktəbi bitirib ali məktəbe qəbul olarkən sevincinin həddi-hüdudu yox idi. Çunki o müəllimliyi hər zaman əvəzolunmaz bir sənət hesab edir.
Azərbaycan Müəllimler Institutunun 2000-ci ildə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmış Sumqayıt filialında ibtidai təhsilin pedaqogika və metodikası ixtisasıni əyani oxuyaraq 2013-cu ildə ali təhsilini başa vurmuşdur.
Daimi işləmək qismət olmasa da imtahanda iştirak edərək müqavilə ilə işləyib bu şərəfli və məsuliyyətli peşəni layiqincə yerinə yetirməyə çalışmışdır.
Hal-hazirda evde fərdi hazırlıq və kurslarda fəaliyyətini davam etdirir. Ən böyük hobbisi kitab oxumaq, uşaqlarla intellektual oyunlar oynayaraq vaxt keçirməkdir.
O uşaqlarla vaxt keçirərkən yorulmaz və onların gülüşü,sevincli ilə daha da həvəslənər.Ibtidai təhsili bütün təhsilin bünövrəsi hesab edən Əsmər müəllime çalışır ki, uşaqlara öyrətdiyi möhkəm və yaddaqalan olsun.
Bir müəllim kimi o öyrətməyi və öyrənməyi çox sevir,hər zaman yenilik axtarışında olaraq yeni-yeni yarışlar, oyunlarla sevimli şagirdlərini sevindirir.
Çox müəllimin illərlə işləyib qazana bilmədiyi şagird sevgisini bir ildə işləyərək qazandığı üçün özünü ən böyük uğur qazanmış, onların saf, təmənnasız böyük sevgisi ilə mükafata layiq görülmüş hesab edir.
5 1

Şərhlər

Oxşar xəbərlər