"Müəllimlərimizi Tanıyaq" - Nigar Cahangirova
21-10-2023, 12:56
1 031

"Müəllimlərimizi Tanıyaq" - Nigar Cahangirova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Nigar Cahangirova haqqında danışacağıq.

Cahangirova Nigar Paşa qızı 28.01.1983-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. 
1989-cu ildə Sabirabad şəhər M.Müşfiq adına 4 nömrəli tam orta məktəbin 1-ci sinfinə qəbul olmuş, 2000-ci ildə həmin məktəbi bitirmişdir. Həmin ildə ADPU -nin riyaziyyat fakultəsinin qiyabi şöbəsinə qəbul olmuşdur. 
2002-ci ildə oxuduğu məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 2016-cı ildə həmin məktəbdə Təlim tərbiyə işləri üzrə direktor müavini təyin olunub. 
İşlədiyi müddətdə bir çox təlimlərə qoşulub sertifikatlar almışdır. Məktəbin bütün ictimai işlərində fəal iştirak edir, Şagirdlərin və kollektivin sevgi və hörmətini qazanmışdır. 
Məktəbin əldə etdiyi naliyyətlərdə şagirdlərə və müəllimlərə hər zaman dəstək olur və köməkliyini əsirgəmir.
Təhsil forumu sosial platformasında "İlin Fəal Direktor Müavini" nominasiyasına layiq görülmüşdür.
4 2

Şərhlər

Oxşar xəbərlər