"Müəllimlərimizi Tanıyaq" - Mələynisə Mikayılova
21-10-2023, 08:30
660

"Müəllimlərimizi Tanıyaq" - Mələynisə Mikayılova

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə
Mələynisə Mikayılova haqqında danışacağıq.

Mikayilova Mələynisə Eldar qizi 1993-cü il 2yanvar tarixində Şamaxi şəhərində anadan olmuşdur.
1999-cu il M.Hadi adina 9 sayli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, orta məktəbi qırmızı attestatla bitirmişdir.
2011-2015 ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin Biologiya müəllimliyi fakültəsində təhsil almışdır. 
2015-ci ildə MİQ imtahaninda iştirak edərək Şamaxi rayon Muganli kənd t.o.m -də işə qəbul olub. Məsafənin uşaqlığına baxmayaraq 5 il həvəslə şagirdlərdə biologiya fənninə maraq oyatmışdı. 2020-ci ildən Şamaxi rayon M.K.Veysov adina 6 sayli tam orta məktəbdə Tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. 
Fəaliyyəti dövründə Yeni Azərbaycan Partiyasinin gənc fəali kimi daim rayonun ictimai tədbirlərində aktiv iştirak edir, mükafatlandırılırdı. 
Son 3 il ərzində 6 sayli tam orta məktəbə gələn şagird sayinda eləcə də şagirdlərin ali məktəbə qəbul səviyyəsində də dəyisikliklər gözdən qaçmır. Şagirdlərin təlim-tərbiyəsində yaxindan iştirak edir, daim məktəb şagirdləri ilə birgə Şəhid ailələrinə ziyarət edərək onlara diqqət və qaygi göstərmişdir. Repititor kimi fəaliyyət göstərərək rayonyn təhsil səviyyəsinin yüksəlməsində uğurlari olmuşdur.
2023-cü il Təhsil Forumu Sosial platformasi tərəfindən İLİN FƏAL DİREKTOR MÜAVİNİ NOMİNASİYASİNA layiq görülmüşdür.
2 0

Şərhlər

Oxşar xəbərlər