
Layihələr
14-06-2023, 16:44
401
"Müəllimlərimizi Tanıyaq" - Günay Mahmudova
"Müəllimlərimizi Tanıyaq" - Günay Mahmudova rubrikamızda bu dəfə haqqında danışacağıq.
Günay Ramiz qızı Mahmudova. 30.06.1979-cı ildə Xaçmaz şəhərində anadan olub.
Xaçmaz şəhəri M.Babayev adına 1 saylı tam orta məktəbi 1996-cı ildə bitirib.
A.D.P.U.-nun filologiya fakültəsini 2002-ci ildə bitirib. Pedaqoji fəaliyyətə Xaçmaz şəhəri Ç.Abdullayev adına 2 saylı tam orta məktəbindən başlayıb.
2002-ci ildə Xaçmaz şəhəri üzrə "Ən fəal gənc adına" layiq görülüb. 2 il gənclər təşkilatında sədr vəzifəsində çalışıb. Eyni zamanda Xaçmaz şəhəri M.Babayev adına 1 saylı tam orta məktəbində dil, ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.
2007-ci ildən indiyənədək Xaçmaz rayon Alıc-qışlaq kənd tam orta məktəbində dil, ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.
6 ildir ki, həmin məktəbdə məktəbdaxili və sinifdənxaric işlər üzrə təşkilatçıdır. İşlədiyi müddət ərzində 2005-ci ildə "Şagirdlərin təlim tərbliyyəsində əldə etdiyi yüksək nailiyyətlərə" görə fəxri fərmanla təltif olunub.
2011-ci ildə "Mədət kurslarında" yüksək nəticə göstərmiş. 2013-cü ildə "İxtisasartırma təhsili üzrə tam kursundan", "Fənn kurikulumunun tətbiqi ilə əlaqədar təşkil olunmuş 'Öyrədənlərin öyrədəni' kursunda keçərək 'Təlimçi' statusu" almışdır.
2016-cı ildə "Flologiya məsələləri" jurnalında elmi məqaləsi dərc olunub.
2017-ci ildə "Təhsil işçilərinin peşəkar inkişafı institutundan" sertifikata layiq görülüb.
2018-ci ildə "Cümhuriyyətin 100 iliyi" ilə əlaqədar keçirilən tədbirdə il ərzində ictimai fəaliyyətinə görə diplomla təltif olunub.
2019-cu ildə "2018-2019-cu tədris ilində 'Şəxsi keyfiyyət və ictimai fəaliyyətdə' xüsusi fəallıq göstərdiyinə görə" diplomla təltif olunub.
2021-ci ildə "Uzunmüddətli və səmərəli pedaqoji fəaliyyətinə, məktəbin ictimai həyatında" fəal iştirak etdiyinə görə fəxri fərmanla təltif olunub.

Şərhlər