PSİXOLOQLARIMIZI TANIYAQ  SAMİRƏ ƏHMƏDLİ.
12-03-2023, 16:00
695

PSİXOLOQLARIMIZI TANIYAQ SAMİRƏ ƏHMƏDLİ.

Bu dəfə  PSİXOLOQ Samirə Əhmədli haqqında danışacağıq.

O , 14 11.1977 – ci ildə Sumqayıt şəhərində anadan olub. Hal- hazırda Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin praktik psixoloq vəzifəsində çalışır. 1994-1998- ci il Bakı Ali Pedaqoji Qızlar Seminariyasını  bitirmişdir. ( hal – hazırda Qızlar universiteti adlanır). 1999-2023- cü ildən 16 nömrəli tam məktəbdə psixoloq vəzifəsində işləyir..2003-2015  QHT “ Etimad – uşaq və gənclərə psixoloji dayaq İ.B.qaynar telefon xəttində sədr vəzifəsində çalışıb. 2005-2007 QHT “ Məktəb psixoloqları Resurs Mərkəzinin sədri rəhbəri olmuşdur.
2005 USAİD- İFES Demokratiya düşərgəsində gənc müəllimlər üçün təşkil olunmuş təlimdə fəal iştirakına görə şəhadətnamə ilə təltif olunmuşdur.
2005- cil – M. E. B. – TİKA – Türkiyə - İstanbul , 11.07 - 05.08.2005 Milli egitim sistemini tanıtma seminarında iştirak edib.
          Türkiyənin özəl və dövlət məktəblərində psixoloqlarla fərdi görüşün təşkilini rica edərək , onların iş sistemi ilə yaxından tanışlıq əldə olunan dəyərli məlumat, testlər ilə Sumqayıt şəhər məktəb psixoloqları ilə informasiya mübadiləsi və biliyin paylaşmasının keçirilməsi daim olub .Qeyd edək ki, qrupda yeganə psixoloq olaraq iştirakı qürurverici olmuşdur. Dövlətimzi və şəhərimizin psixoloqlarını layiqincə təmsil etməyi unudulmaz xatirələr olaraq qalmışdır.
2006- cı ildə UNİSEF- “ Təhlükə ilə üzləşən uşaqlarla müsahibənin aparılması üzrə təlimçilərin təlimində uğurla iştirak etmişdir.
2007- ci il Councili of Europe Avropa şurası fondu ” Təlimçilər üçün təlim”də uğurla iştirak edərək sertifikat almışdır.
2007- ci ildə USAİD – Traivininq on project Planinq and Proposal Development for the Civil Society projectinin iştirakçısı olmuşdur.
2008- ci ildə “MƏDƏD” Azərbaycan İKT – nin təhsildə tətbiq üzrə Müəllimlərin Peşəkarlıq Səviyyəsinin təkmilləşdirilməsi”təlimində çıxış etmişdir.
2008- ci ildə Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi nin keçirdiyi “ Liderlik və təşkilatı idarəetmənin əsasları “ təlimində iştirak etmişdir.
2008- ci ildə Almaniya – Mannheim “ güclü valideyn – güclü övlad” təlimində iştirak edib.Oradan qayıtdıqdan sonra şəhərimizin uşaq bağçalarında və məktəblərin ibtidai sinifləri üzrə aşağıda adları göstərilən mövzular uzrə
valideynləri ilə təlim keçmiş və bu barədə onları maarifləndirmişdir.
1. Məsləhət nəzəriyyəsi və praktikası
2.Ünsiyyət və danışığın aparılması
3. Ozünü qiymətləndirmə
4.Fərdi böhran – məktəblə bağlı problem – sosial konflikt
      2009- cu ildə Azərbaycan Müəllimlər İnstitutu “Öyrədənlərin öyrədəni öyrədilməsi“, 2010- cu il Azərbaycan Müəllmilər İnstitutut “ Öyrədən” statusunu əldə etmişdir.
     2010- ci il Azərbaycan Müəllimlər İnstitutu ixtisasartırma “ Pedaqoji – psixoloji məsələlər “, “Dünya görüşü hazırlığı”,” Təhsilin kompüterləşdirilməsi” , “ İdarəetmənin nəzəri və praktiki məsələləri “ üzrə məlumatını daha da genişləndirmişdir.
  2010- cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri- hökümət Təşkilatlarına Dövlət dəstəyi şurası QHT idarəçiliyi və liderlik təlim kursu keçərək sertifikat əldə etmişdir.
2012- ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi “ İKT- nin təhsilə tətbiqi və idarıetmə sistemləri, 2015- ci il də Azərbaycan Müəllimlər İnstitutu “İxtisasartırma” təhsili haqqında , 2016- cı il Azərbaycan Respublikası Təhsil Nazirliyi “ Həyati bacarıqlara əsaslanan təhsil” faküıtativ tədrisi treninqində ,2016- cı il Azərbaycan respublikası Səhiyyə Nazirliyi psixi sağlamlıq mərkəzindən “ Autizmdən əziyyət çəkən uşaq və yeniyetmələrin reabilitasiya prinsipləri və praktik üsulları” treninqində serkifikatlar almış və Sumqayıt şəhər 5saylı uşaq poliklinikasında Psixi Sağlamlıq bölməsinin psixoloqu vəzifəsində çalışmışdır. 2021- ci ildə ” İCRC – Provindinq Psychological Support to Children “,” With Complex Trauma “– travmalı uşaqlarla iş üzrə təlimdə 2016-2017- ci il Sumqayıt şəhər 5 saylı uşaq poliklinikası –2017- ci ildə ABŞ dövlət departamenti -- Səhiyyə nazirliyi “ İnsan alveri qurbanlarına tibbi xidmətin göstərilməsi”nə dair təlimdə, 2017- ci ildə Avropa İttifaqının dəstəyi ilə “ Azərbaycanda yuvenal ədliyyə islahatı məqsədilə uşaq psixi sağlamlığı üzrə müasir xidmətlər “layihəsi ,” Uşaqlaqın və yeniyetmələrin psixi sağlamlığı və yuvenal ədliyyə sistemlərinin dəstəklənməsi “ üzrə treninqdə iştirak etmişdir .O cümlədən 2021- ci il Azərbaycan Respublikası Təhsil Nazirliyi “ Layihə planlaşdırılması və layihə təklifinin yazılması” təlimində, 2022- ci ildə Psixologiya Elmi Tədqiqat institutu “ Təhsildə Sosial Psixoloji Xidmətdə problemlər , perspektivlər” , məktəb psixoloqlarının II ümumrespublika konfransında fəal iştirak” , “ Məktəbdə həll mərkəzli terapiya texnikalarının “ tətbiqi ,2022—ci ildə “Türk Psikolojik Danışma və Rehberlik Dernegi “ psixologiya Elmi –Tədqiqat institutu ilə birgə iştirak etmiş və bu sahələr üzrə bilik və savadını artırmışdır.
    2008- ci ildən bu günə qədər Liman klinikasinda psixoloq vəzifəsində işləyir .Sumqayıt şəhər İcra Hakimiyyəti Yeniyetmələr üzrə iş komissiyasının psixoloq kimi üzvüdür. Şəhər məhkəməsində ailə problemlərinin həlli yolunda rəyin verilməsində yardımçı olur.
     S.Əhmədlinin iş bacarığına savad və biliyinə etimad göstərilərək onu fəxri fərmanlarla təltif edilərək keçdiyi təlimlərdən sertifikatlar verilmişdir.
Psixoloq vəzifəsində işlədiyi dövrdə aldığı fəxri fərmanlar:
1.2019-2021 “ İDRAK LİSEYİ”ndən liseyin ictimai həyatında fəal iştirakına görə
2. 2005- ci ildə Sumqayit şəhər təhsil şöbəsi tərəfindən şəhərin ictimai, siyasi , mədəni həyatında fərqlənən , işində fəallıq göstərdiyinə və gənc nəslin təlim –tərbiyəsində əldə etdiyi müvəffəqiyyətlərə görə
3. 2005- ci ildə Sumqayıt Şəhər Təhsil Şöbəsi , Gənc müəllmilər şurası tərəfindən gənc nəslin təlim tərbiyəsində əldə etdiyi müvəffəqiyyətlərə görə
4.2006- cı ildə Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsi Sumqayıt Şəhər Təhsil Şöbəsi , Qadın təşəbbüsü və sosial probıemlərin həllinə yardım İ.B. QHT “ Psixoloqların Resurs mərkəzinin rəhbəri olaraq, Sumqayıt şəhər məktəblərində təşkil olunmuş yay düşərgələrində psixoloji xidmətin təşkilinə görə
5.2007- ci ildə“ Məktəblərdə təşkil olunmuş yay düşərgələrində göstərdiyi yüksək psixoloji xidmətə görə
6. 2011- ci ildə Azərbaycan respublikası Gənclər və İdman Nazirliyi “Etimad” uşaq və gənclərə psixoloji dayaq İ.B. sədri göstərdiyi uğurlu fəaliyyətə görə diplom ilə
7. 2013- cü ildə Sumqayıt şəhər Təhsil Şöbəsi –ATİAHİ tərəfindən məktəbin , şəhərin ictimai həyatında fəal iştirakına görə.
8. 2019- cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Psixologiya Elmi – Tədqiqat institutunun əməkdaşlığı çərçivəsində keçirilən “ Məktəb Psixoloqlarının Regional konfransında fəal iştirakına görə sertifikat
9. 2022- ci ildə “Məktəblilərdə diqqət əskikliyi və hiperaktivlik pozuntusunun psixokorreksiyası praktik məşğələlər” fəal iştirakına görə sertifikat verilib.

Uğurlar arzulayırıq ! 

0 0

Şərhlər

Oxşar xəbərlər