Regional Təhsil İdarələrinə müdir təyin edilən şəxslər kimdir?
4-05-2022, 14:00
1 181

Regional Təhsil İdarələrinə müdir təyin edilən şəxslər kimdir?

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəhbəri Rüfət Hacıyev 23 iyul 1985-ci ildə Quba rayonu İkinci Nügədi kəndində anadan olub.


 2001-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Pedoqoji Univeristetinə qəbul olub, 2006-ci ildə həmin univeristetin Filologiya fakultəsini bitirib. Təhsil Nazirliyinin 28.12.2017-ci il tarixli, 02-09-6033/16 nömrəli razılıq məktubu və  Quba Rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2017-ci il tarixli 113 nömrəli əmri ilə Quba rayon Təhsil Şöbəsinin müdiri təyin olunub. Ailəlidir 2 övladı var.

Regional Təhsil İdarələrinin rəhbər vəzifələrinə təyinatlar olub.

Tehsil.biz bu vəzifəyə təyin olunmuş şəxslər haqda araşdırma aparıb. Beləliklə, yeni rəhbərlərin dosyelərini təqdim edirik:

Lənkəran-Astara Regional Təhsil İdarəsinin şöbə müdiri Elxan Nəcəfov Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Magistr səviyyəsi üzrə təhsilini 2016-ci ildə tamamladıqdan sonra AMEA-da doktorantura səviyyəsinə qəbul olub. Hazırda müdafiə mərhələsindədir. Pedaqoji fəaliyyətə ümumtəhsil məktəblərində müəllimliklə başlayaraq, bir müddət "Hədəf" Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb. Bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim, Dövlət Gömrük Akademiyasında və Bakı Biznes Universitetində "Azərbaycan dili və nitq mədəniyyəti", "Azərbaycan dilində işgüzar və akademik komminukasiya" fənlərini tədris edib. 2016-2020-ci illərdə AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2021-ci ildə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev 1982-ci ildə Gəncə şəhərində anadan olub. 1999-2003-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində  Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə həmin ixtisas üzrə magistr təhsilini alıb. 2013-2014-cü illərdə Azərbaycan respublikası Xaricdə Təhsil Dövlət Proqramı və ABŞ-ın Fulbright Tələbə Proqramını qazanaraq Florida Universitetində magistr təhsilini davam etdirib. 2005-2013-cü illərdə maliyyə sektorunda müxtəlif vəzifələrdə çalışıb, 2015-ci ildən Təhsil Nazirliyində Dünya Bankının Təhsil sektorunun İnkişafı üzrə II layihəsində milli məsləhətçi kimi xidmət göstərib. 2016-2017-ci illərdə isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Keyfiyyətə nəzarət və Monitorinq şöbəsinin müdiri vəzifəsində çalışıb. 2017-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası təhsil nazirinin 2018-ci il 1 oktyabr tarixli əmri ilə Keyfiyyətə nəzarət sektorunun müdiri vəzifəsinə təyin edilib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2020-ci il tarixli, 56 nömrəli əmri ilə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. Tərəqqi medalı ilə təltif olunub. 2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsində çalışıb. Ailəlidir, iki övladı var.

1 0

Şərhlər

Oxşar xəbərlər