"Müəllimlərimizi Tanıyaq" -Afiqə Hacıyeva
17-01-2023, 20:25
1 135

"Müəllimlərimizi Tanıyaq" -Afiqə Hacıyeva


"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə  Afiqə Hacıyeva  haqqında danışacağıq :


Afiqə Cuma qızı Hacıyeva 22 avqust 1985-ci ildə Naxçıvan MR-da anadan olmuşdur.

2001-ci ildə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi 227 nömrəli orta məktəbi, 2003-cü ildə 201 nömrəli tam orta məktəbi bitirərək məzun olmuşdur.

2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası fakultəsinə qəbul olmuş, 2009-cu ildə isə bitirmişdir.

2013-cü ildən etibarən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi vəzifəsində fəaliyyət göstərir.

2014-2019-cu illər ərzində məktəbdaxili fəaliyyət göstərən "ELM DÜNYAM" intellektual klubun iki qurucularından və idarəçilərindən biri olmuşdur.

2021-ci il "TƏHSİLİN ULDUZU" müsabiqəsində iştirak etmiş və uğur qazanaraq 2 layihəsi növbəti tura vəsiqə qazanmışdır.

2022-ci il "MÜƏLLİMLƏRİN SERTİFİKASİYASI" müsabiqəsində ixtisas üzrə 100% nəticə göstərərək 58 bal toplamışdır.

2022-2023-cü tədris ilində "BİLİYİNİ PAYLAŞ" layihəsi üzrə qalib olmuş Billurə Həsənovanın rəhbərlik etdiyi komandanın dörd üzvündən biridir.

Uğurlar arzulayırıq !
2 0

Şərhlər

Oxşar xəbərlər