"Müəllimlərimizi Tanıyaq" - Afaq Nağıyeva
2-01-2023, 16:35
1 007

"Müəllimlərimizi Tanıyaq" - Afaq Nağıyeva

Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə -Afaq Nağıyeva haqqında danışacağıq .

Nağıyeva Afaq Akif qızı 08.03.1987-ci il Yevlax rayonu Aran 1 qəsəbəsində anadan olub.

1993-cü ilə Yevlax rayonu Aran 1 qəsəbəsi Mübariz Pənahov adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. 

2004-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2005-ci ildə Azərbaycan Müəllimlər İnstitutun Qazax filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuşdur.

Tələbəlik illəri dönəmində dəfələrlə AYB-in Qazax filialında təşkil olunmuş tədbirlərdə fəal çıxışlarına görə fəxri diplomlara və təşəkkürnamələrə layiq görülmüşdür. 2009-cu ildə institutu bitirmişdir.

2019-cu il Müəllimlərin İşə Qəbulu imtahanında 53 bal toplayaraq Qobustan rayonu Bəklə kənd tam orta məktəbində müəllim olaraq işə başlamışdır.

2021-2022-ci tədris ilində Müəllimlərin Yerdəyişməsi Müsabiqəsində iş yerini dəyişdirərək Qobustan rayonu Xilmilli kənd tam orta məktəbində işə başlamışdır.

Hələ tələbəlik dönəmindən Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş, hər zaman fəal üzv olaraq dövlətçiliyimizin layiqli davamçılarından biri kimi 2022-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiik yubleyində YAP-ın Fəxri fərmanına layiq görülmüşdür.


Uğurlar arzulayırıq.
4 0

Şərhlər

Oxşar xəbərlər