Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə qəbul davam edir
23-02-2022, 16:33
325

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə qəbul davam edir

Fevralın 15-də təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbuluna başlanılır

 

TehsilForumu.Az xəbər verir ki, məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

 

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu fevralın 15-dən martın 31-dək aparılacaq.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
0 0

Şərhlər

Oxşar xəbərlər