Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi keçiriləcək
26-01-2022, 12:33
331

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi keçiriləcək

Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”ni elan edir. Məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. 

 

TehsilForumu.Az xəbər verir ki, müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 15 fevral - 31 mart 2022-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. 

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin elanı

 

Qeyd edək ki, 26 yanvar saat 15:00-da “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nə dair vebinar keçiriləcək. Vebinarı Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən izləyə bilərsiniz. 

 
0 0

Şərhlər

Oxşar xəbərlər