Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün müsabiqə təşkil edəcək
10-02-2022, 06:42
409

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün müsabiqə təşkil edəcək

Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi keçirəcək.

 

Bu barədə TehsilForumu.Az - a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

 

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu fevralın 15-dən martın 31-dək www.grants.edu.az saytı üzərindən aparılacaq.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.
0 0

Şərhlər

Oxşar xəbərlər