"Müəllimlərimizi  Tanıyaq"  -  Nuriyyə  Qasımova
8-01-2022, 20:07
381

"Müəllimlərimizi Tanıyaq" - Nuriyyə Qasımova

"Müəllimlərimizi  Tanıyaq"  rubrikamızda bu dəfə Nuriyyə Qasımova haqqında danışacağıq.

Qasımova Nuriyyə Aslan qızı 1974-cü ildə Qazax rayonunda anadan olmuşdur. 1981-ci ildə Qazax şəhər 3 saylı orta məktəbədə təhsil almışdır.
1992-ci ildə GDPİ nun Qazax filialına daxil olmuş, 1997-ci ildə həmin instutun fərqlənmə diplomu ilə bitirmişdir.



2000-ci ildən Qazax şəhər S.Əfəndiyev adına 1 saylı orta məktəbdə riyaziyyat müəllimi işləyir. 22 il pedoqji fəaliyəti müdətində rayon üzrə açıq dərslər kecirmiş, Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin təltiflərini almışdır.
Bir neçə təlimlərdən kecmiş və sertifikatlar almışdır. Müəllimlərin dioqnostiq qiymətləndirilməsindən 53 bal toplamışdır. Rayon İcra Hakimiyyətinin yaratdığı təhsilə nəzarət qrupunun üzvüdur.



Təhsil verdiyi şagirdləri yüksək balla unverstetlərə qəbul olunmuşlar. Şagirdi Elcin Bayramli 2019-cu ildə respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə 2-ci yeri tutmuşdur.
5 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasinin prezidenti tərəfindən tərəqqqi medalı ilə təltif olunmuşdur.
0 0

Şərhlər

Oxşar xəbərlər