"Müəllimlərimizi  Tanıyaq"  -  Elşad Abdurahmanov
24-12-2021, 14:47
662

"Müəllimlərimizi Tanıyaq" - Elşad Abdurahmanov

"Müəllimlərimizi Tanıyaq" rubrikamızda bu dəfə Elşad Abrurahmanov haqqında danışacağıq. 

Elşad Abdurahmanov 1975-ci il aprelin 10-da Qəbələ rayon Məmmədağalı kəndində anadan olmuşdur. 1982-ci ildə öz anadan olduğu kənddə birinci sinfə qədəm qoymuş, 1991-ci ildən 10-11-ci sinifləri Qəbələ rayon Vəndam qəsəbəsində bitirmişdir. 1994-cü il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuşdur. Təhsil aldığı müddət ərzində - 1995-1997- ci illərdə Bakı Dövlət Universitetinin nəzdində hərbi kafedranı leytenant rütbəsi ilə bitirmişdir. 1998 -ci ildə isə həmin fakültəni uğurlu nailiyyətlərlə bitirmişdir. 1999-2000 -ci illərdə döyüş bölgəsində yerləşən hərbi hissədə zabit kimi hərbi xidmət keçmişdir. 2000-ci ildən pedaqoji fəaliyyətə başlamışdır.



2001-ci ildə “Şagirdlərin özünü qiymətləndirməsinin təhsilin keyfiyyətində rolu” məruzəsinə görə Qəbələ rayon Təhsil Şöbəsi tərəfindən mükafatlandırılmışdır. 2005-ci ildə Qəbələ rayonu üzrə İlin müəllimi seçilmişdir. 2005-ci ildə keçirilən fənn olimpiadasında şagirdi 3-cü yerə layiq görülmüşdür. 2006-cı ildə iki şagirdi fənn olimpiadasında yüksək nəticə göstərib. 2007-ci ildə fənn olimpiadalarında şagirdlərinin göstərdiyi nailiyyətlərə görə Qəbələ rayon Təhsil Şöbəsi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Həmin ildə Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 2007-ci ildən olimpiadanın rayon turu üzrə yaradılmış komissiyada iştirak edir. 2015-ci ildə şagirdi qəbul imtahanında maksimum nəticə -700 bal toplayaraq universitetə qəbul olmuşdur. Bu ildə müəllimin tarix fənni üzrə buraxılış nəticəsi yüz faiz olub. Həmin il Qəbələ rayon İcra Hakimiyyəti tərəfindən növbəti Fəxri Fərmanla təltif edilmişdir. 2010-cu ildən Qəbələ rayon Təhsil Şöbəsinin şərəf lövhəsində müəllimin şəkli vurulub.



2010-cu ildən Elşad müəllim Dövlət İmtahan Mərkəzinin zona müşavirələrində iştirak üçün nümayəndə seçilib. Bu ildən başlayaraq Dövlət İmtahan Mərkəzinin Dayaq məntəqəsinin nümayəndəsi olub. 2011-ci ildə Qəbələ Rayon İcra Hakimiyyətinin rəsmi saytı üçün Qəbələ tarixi haqqında məruzə hazırlamışdır. 2012-ci ildə kurikulum kursunu müvəfəqiyyətlə bitirmişdir. 2014-cü ildə Qəbələ rayonu Heydər Əliyev Mərkəzində tarixlə bağlı dərslər keçmişdir. 2017-ci ilin may ayında müəllimlərin diaqnostik qiymətləndirilməsində 58 bal toplayaraq uğurlu nəticə əldə etmişdir. 2017-ci ilin noyabrından Təhsil Nazirliyinin Pedaqoji Şurasına üzv olmuşdur. 2017-ci ildə Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. 2017-ci ilin dekabrda isə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 2018-ci ildə Təhsil Şöbəsində keçirilən “Pedoqoji mühazirələr” müsabiqəsində birinci yerə layiq görülmüşdür. 2020-ci ilin sentyabrından 44 günlük 2-ci Qarabağ müharibəsində iştirak etmişdir və baş leytenant rütbəsi almışdır. 2021-ci ilin fevral ayında “Qəbələ” qəzetində, oktyabrında isə “Lider” jurnalında məqalələri dərc olunub. 2021-ci ilin iyun ayında cənab prezidentimizin sərəncamı ilə “Ağdamın işğaldan azad olunması” medalı ilə təltif olunmuşdur. 2021-ci ildə Zəfər ilinin müəllimiseçilmişdir Elşad müəllim 2021-ci il 5 oktyabrında prezdentimizin sərəncamı ilə Əməkdar müəllim adını almışdır.


0 0

Şərhlər

Oxşar xəbərlər