"Müəllimlərimizi Tanıyaq" - Vüsalə Əhmədova
18-12-2021, 20:19
799

"Müəllimlərimizi Tanıyaq" - Vüsalə Əhmədova


"Müəllimlərimizi Tanıyaq" adı altında bu dəfə Vüsalə Əhmədova haqqında söhbət edəcəyik.

 Vüsalə Məhərrəm qızı Əhmədova 1982-ci il Tovuz rayonunda anadan olmuşdur.
1999-cu ildə Tovuz rayon A.S. Puşkin adına tam orta məktəbin məzunu olmuşdur.

2003-cü Gəncə Dövlət Universitetinin Bakalavr ixtisas dərəcəsini bitirmişdir.
2005-ci ildə Tovuz rayon Bozalqanlı kənd tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlamışdır.

2011-2019-cu ildə Təhsil Nazirliyinin və İTE təşkilatının birgə fəaliyyəti ilə həyata keçirilən İTE “Təhsildə İnnovativ Texnalogiyalar “ əlavə təhsil mərkəzinin İntel “Gələcək üçün Təhsil” təliminin “Təlimçilər üçün Təlim” kursundan müvəffəqiyyətlə keçmiş və sertifikat alıb elə həmin ildən təlimçi kimi fəaliyyətə başlamışdır.
 
2012-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda Dayaq məntəqələri rəhbəri olan İngilis dili müəllimlərinin “Öyrədənlərin Öyrədilməsi” proqramı üzrə 3 mərhələli kursun hər 3 mərhələsinin dinləyicisi olmuş, sertifikat almışdır. 

2016-cı ildə Bakı Amerika mərkəzində keçirilən “American Engilish Webinar series 5” təlimdə iştirakçı olmuşdur.
2017-ci ildə British Council tərəfindən həyata keçirilən 120 saatlıq təlimdə iştirak etmişdir. Eyni zamanda British Council, BP və Təhsil Nazirliyinin əməkdaşlığı ilə “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması” layihəsində təlimçi kimi fəaliyyət göstərmişdir. 

2017-ci ildə Gürcüstan, Azərbaycan TN-nin keçirdiyi “7-ci Cənubi Qafqaz Regional İngilis dili Tədris Konfransı”nda iştirak etmişdir.
2017-ci ildə İngiltərənin London şəhərində “Təlimçilərin Təkmilləşdirilməsi” təlimində iştirak etmişdir.

2018-ci ildə Bakıda AzETA nın müəllimlər üçün 13-cü Beynəlxalq konfransında iştirakçı olmuşdur. 

2019-2020-ci ildə İTE Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimində təlimçi kimi fəaliyyət göstərmişdir.

2021-ci ildə ADA Universitetinin təşkil etdiyi “Bir Müəllim Manifesti” təhsil proqramının iştirakçısıdır.

Sevdiyi sitatlar:

Nadanlar elmə həqarətlə baxır, savadsızlar ona heyran olur, müdriklər isə ondan bəhrələnirlər. ( Frensis Bekon: İngilis alimi )
Elmin hüdudları üfüq xəttinə oxşayır: biz ona nə qədər yaxınlaşsaq, o bizdən bir o qədər uzaqlaşır. ( Pyer Buast: Fransız dilşünası )
0 0

Şərhlər

Oxşar xəbərlər