Quba filialında “Ağac əkək, təbiətə töhfə verək” adlı ağacəkmə aksiyası keçirilib.
6-04-2024, 17:06
260

Quba filialında “Ağac əkək, təbiətə töhfə verək” adlı ağacəkmə aksiyası keçirilib.

TehsilForumu.Az- ın əldə etdiyi məlumata görə , Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl Dünya naminə Həmrəylik İli” elan olunması ilə əlaqədar 5 aprel 2024-cü il tarixində YAP Quba rayon təşkilatı,  Quba Regional Meşə Təsərrüfatı Mərkəzi ilə birgə ADPU-nun Quba filialının bağçasında “Ağac əkək, təbiətə töhfə verək” adlı ağacəkmə aksiyası keçirilib.
Aksiyada universitetin bağçasında 100-dən çox ağac əkilib.
1 0

Şərhlər

Oxşar xəbərlər