Bu gün ŞƏHİD - ALTUN ƏLİYEVİN DOĞUM GÜNÜDÜR.
24-03-2024, 14:30
405

Bu gün ŞƏHİD - ALTUN ƏLİYEVİN DOĞUM GÜNÜDÜR.

Arzuları yarımçıq qalan ŞƏHİD - Altun Əliyev

TehsilForumu.Az təqdim edir.

Quba rayonu , Təngəaltı kəndin də dünyaya göz açan Altun Tağı oğlu Əliyev elə həmin kənd də Rizvan Cəbrayılov adına tam orta məktəbin birinci sinifə qədəm qoymuşdur. İlk müəllimi illər öncə rəhmətə gedən , Həsənova Jalə Polad qızı olmuşdur. Mən Jalə müəllimənin həmkarı olaraq , xatırlayıram , o , şagirdlərindən çox razı idi . Onları öz doğma övladı kimi sevirdi eləcə də İgidimiz Altunu... Altun dərslərində hazırcavab idi. Məktəb illəri bir göz qırpımında keçdi. Aylar , illər keçdi. 
Gəldi Son zəng zamanı.Hər kəs bir başqa aləmdə Altun başqa , sanki həyat ona tövhələrini başa salırdı. O , 2018-2019-cu il də məzun adını qazandı. İlk ali məktəbə qəbul olan savadlı, tərbiyəli, zəhmətkeş şagirdimiz oldu Altun. Lakin vətən eşqi onda başqa hiss oyatdı o , ali təhsilini dondurub, məhz hərbi xidmətə yola düşdü . Hərbi xidməti başa vurduqdan sonra qərara gəlir , ki , elə orada da qalıb öz vəzifəsini sona qədər yerinə yetirsin....Fikirləri həyat eşqiylə dolu idi.

Arzular - arzular..... ! Onun ürəyi Vətən hər zaman eşqilə döyünürdü...... Lakin Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatları zamanı öz hərbi vəzifəsini yerinə yetirən zaman Şəhidlik zirvəsinə ucaldı......Müəllim yoldaşları onun ölümünə inana bilməsələrdə tək təskinlikləri Altun Tağı oğlu Əliyevin vətən üçün əbədi gözlərini yumması, şəhidlik zirvəsinə yüksəlməsidir...

Xatırladım ki , bu gün Şəhidim Altun yaşasaydı onun 21 yaşı olacaqdı.  Yarımçıq qaldı cavan arzuların

Səninlə fəxr edirik  Şəhid Şagirdimiz...!
 
Əliyev Altun Tağı oğlunun 

Allahdan səbr diləyirik.

Allah Rəhmət Eləsin.

Yazdı : Nigar müəllimə Məmmədova Əlimirzəyeva 
0 0

Şərhlər

Oxşar xəbərlər