Arzuları yarımçıq qalan ŞƏHİD - Altun Əliyev
22-09-2023, 22:04
1 382

Arzuları yarımçıq qalan ŞƏHİD - Altun Əliyev

TehsilForumu. Az təqdim edir.

Quba rayonu , Təngəaltı kəndin də dünyaya göz açan Altun Tağı oğlu Əliyev elə həmin kənd də Rizvan Cəbrayılov adına tam orta məktəbin birinci sinifə qədəm qoymuşdur. İlk müəllimi illər öncə rəhmətə gedən , Həsənova Jalə Polad qızı olmuşdur. Mən Jalə müəllimənin həmkarı olaraq , xatırlayıram , o , şagirdlərindən çox razı idi . Onları öz doğma övladı kimi sevirdi eləcə də İgidimiz Altunu... Altun dərslərində hazırcavab idi. Məktəb illəri bir göz qırpımında keçdi. Aylar , illər keçdi. 
Gəldi Son zəng zamanı.Hər kəs bir başqa aləmdə Altun başqa , sanki həyat ona tövhələrini başa salırdı. O , 2018-2019-cu il də məzun adını qazandı. İlk ali məktəbə qəbul olan savadlı, tərbiyəli, zəhmətkeş şagirdimiz oldu Altun. Lakin vətən eşqi onda başqa hiss oyatdı o , ali təhsilini dondurub, məhz hərbi xidmətə yola düşdü . Hərbi xidməti başa vurduqdan sonra qərara gəlir , ki , elə orada da qalıb öz vəzifəsini sona qədər yerinə yetirsin....Fikirləri həyat eşqiylə dolu idi.

Arzular - arzular..... ! Onun ürəyi Vətən hər zaman eşqilə döyünürdü...... Lakin Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatları zamanı öz hərbi vəzifəsini yerinə yetirən zaman Şəhidlik zirvəsinə ucaldı......Müəllim yoldaşları onun ölümünə inana bilməsələrdə tək təskinlikləri Altun Tağı oğlu Əliyevin vətən üçün əbədi gözlərini yumması, şəhidlik zirvəsinə yüksəlməsidir...

Sinif yoldaşları müəllim kollektivi onunla qürur duyur..

Uca Allahdan Şəhidlərimizə rəhmət diləyirik...!

Şəhidimizin ilk sinif rəhbəri olan Jalə Polad qızı Həsənovaya da Allahdan rəhmət diləyirik.


Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin müəllimi Nigar Əli qızı Məmmədova 


2 0

Şərhlər

Oxşar xəbərlər