İbtidai sinif müəllimləri üçün təlim
16-03-2024, 20:40
567

İbtidai sinif müəllimləri üçün təlim

TehsilForumu.Az - Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Karyera və Psixologiya Mərkəzinin İSİM layihəsi çərçivəsində Sabirabad rayonunun ibtidai sinif müəllimləri üçün təlim keçirilib. Təlimdə 300 nəfərədək ibtidai sinif müəllimi iştirak edib. Təlimin əsas mövzusu şagirdlərin dərslərə marağının artırılması və dərsləri daha yaxşı mənimsəmələrinin təmin edilməsi olub.

        

Regional Təhsil İdarəsindən bildirilib ki, təlimdə karyera-psixologiya üzrə mütəxəssis, ABŞ-ın Milli Karyera İnkişafı Assossiasiyasının üzvü, DİM-in “Abituriyentin bələdçisi” kitabının və İSİM metodikasının müəllifi Samir Vəliyev ibtidai sinif şagirdlərinin düzgün inkişaf yolları barədə vacib məqamlara toxunub. Valideyn səhvləri və bu səhvlərin fəsadları barədə danışan S.Vəliyev şagirdlərin dərslərə köklənə bilməsi üçün hədəfin necə formalaşdırılması, həmçinin şagirdlərin dərsləri daha yaxşı mənimsəməsi üçün effektiv üsullar barədə müəllimlərə əhəmiyyətli tövsiyələr verib. 

 

Qeyd edək ki, İSİM layihəsində aktiv iştirak edən müəllimlər “Layihə müəllimi” adını qazanır və onlar öz şagirdlərini İSİM metodikası ilə inkişaf etdirirlər.

        

Sonda təlimin mövzusu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
0 0

Şərhlər

Oxşar xəbərlər