Təqaüd yaşına çatmış müəllim hansı halda fəaliyyətinə davam edə bilər?- Diqqət
18-01-2023, 15:21
2 297

Təqaüd yaşına çatmış müəllim hansı halda fəaliyyətinə davam edə bilər?- Diqqət

Ölkə təhsil müəssisələrində təqaüd yaşına çatmış və işləyən təhsil işçilərinin sayı az deyil.

 
 
Bəs bu necə mümkündür? Təqaüd yaşına çatan müəllimlər hansı hallarda fəaliyyətlərinə davam edə bilərlər?
 
TehsilForumu.Az - ın əldə etdiyi məlumata görə  bu barədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsində məlumat verilir.
 
 
 
Məcəllədə qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
 
 
 
Həmin müəssisələrin 65 yaşına çatmış işçisinin orada çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
 
 
 
Buna baxmayaraq bəzi müəssisələrin təqaüd yaşına çatmış işçisinin çalışma müddəti yuxarıda qeyd olunan müddətdən artıq uzadıla bilər.
 
 
 
Bura elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş, dövlət büdcəsindən maliyyələşən müəssisələr daxildir.
 
 
 
Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
 
 
 
Eyni zamanda bu növ hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq olmamalıdır.
 
 
 
Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
0 0

Şərhlər

Oxşar xəbərlər