Təhsil Forumu sosial platforması tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə  tədbir keçirilib
25-12-2022, 20:20
616

Təhsil Forumu sosial platforması tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib

TehsilForumu.Az xəbər verir ki, bu gün 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ölkənin ən böyük Təhsil platforması olan Təhsil Forumu - 2022 sosial platformasının təşkilatçılığı ilə keçirilən tədbirdə platformanın koordinatorları ilə birlikdə Təhsilimizin ağsaqqalı Təhsil Eksperti Nadir İsrafilov , Təhsil Eksperti Elşən Qafarov , Məktəbguşəsi.Az saytının rəhbəri Məzahir Məmmədli , Azedu.Az saytının baş redaktoru Elmin Nuri , Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının Rəyasət heyətinin sədri Cingiz Qurbanoqlu və RM Nəşriyyatı -nın əməkdaşları Əli Əlibəyli və Gülmira Nayıbova iştirak edib.

Tədbirdə Platformanın 4 ildə təhsilin inkişafı üçün göstərdiyi fəaliyyət və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında müzakirələr olundu. 

İştirakçılar bir - birinə maraqlı hədiyyələr təqdim etdi.

KİV Həmkarlar İttifaqının Rəyasət heyətinin sədri tərəfindən bir neçə koordinatorlar müxtəlif adlar ilə fəxri diplomlar ilə təltif olundu.

RM nəşriyyatının əməkdaşları tərəfindən hər bir tədbir iştirakçılarına ixtisaslarına uyğun olaraq vəsaitlər hədiyyə olundu.
0 0

Şərhlər

Oxşar xəbərlər