Qubada istiqlal şarimiz Əhməd Cavada həsr edilmiş tədbir keçirilib - Foto
5-12-2022, 22:00
308

Qubada istiqlal şarimiz Əhməd Cavada həsr edilmiş tədbir keçirilib - Foto

TehsilForumu.Az - Azərbayacan Dövlət Pedoqoji Universitetinin Quba Flilialında istiqlal şairi Əhməd Cavadın 130 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının birgə təşkilatçılığı ilə filialın akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş “Yol ver türkün bayrağına!” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbirdə, Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova, YAP-nın Quba Rayon Təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının direktoru, dosent Yusif Alıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi, Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun və Bakı Dövlət Unversitetinin alimləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
  Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsilə başlanıb.
  Tədbiri Azərbayacan Dövlət Pedoqoji Universitetinin Quba Flilialının müəllimi Aytən Qurbanova açıb. 
 

 Tədbirdə əsasən, istiqlal şairi Əhməd Cavadın və ömür-gün yoldaşı Şükriyyə xanımın həyatını özündə əks etdirən səhnəciklər, şerləri, həyatından bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
  Bədii hissədən sonra rəsmi hissə başlayıb. Rəsmi hissədə ilk sözü ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova söyləyib.
  Çıxış edən digər natiqlər çıxışlarında Əhməd Cavadın həyatından və bu tədbirin önəmindən danışıblar. 


  ADPU-nin Quba Flilialının direktoru, dosent Yusif Alıyev yekun çıxışı edərək, tədbirə qatılanlara, qonaqlara və təşkilati işlərə görə, müəllim və tələbələrə minnətdarlığını bildirib. Dosent Yusif Alıyev ADPU-nin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya Quba ictimaiyyətinin adından kiçik xalça hədiyyə edib, ADPU-nin Quba Flilialının müəllimi Aytən Qurbanova Fəxri fərmanla təltif edib.


  Sonda, tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.


0 0

Şərhlər

Oxşar xəbərlər