Zəngəzur dəhlizinin açılması bütün region üçün mühüm əhəmiyyət kəsb edir.
31-05-2022, 18:19
410

Zəngəzur dəhlizinin açılması bütün region üçün mühüm əhəmiyyət kəsb edir.

Zəngəzur dəhlizinin açılması bütün region üçün mühüm əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan müharibədən sonra yaranmış yeni reallıqlara uyğun addım atmaqla dünyaya gücünü, qüdrətini, nəyə qadir olduğunu nümayiş etdirir. Torpaqlarımızı işğaldan qurtarmaq və ərazi bütövlüyümüzü bərpa etmək üçün məqsədyönlü daxili və xarici siyasət yürüdərək xalqımızın Zəfər tarixini yazan Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının Vətən müharibəsində qazandığı ən mühüm, tarixi nailiyyətlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizinin açılması regionun inkişafı üçün mühüm əhəmiyyətə malikdir. Bu dəhlizin reallaşması ilə Azərbaycanın öz doğma torpağı olan Naxçıvanla, daha sonra qardaş Türkiyə ilə quru yollarının açılması regionun iqtisadi inkişafına yeni təkan verəcək. Zəngəzur dəhlizinin açılmasını nəinki region üçün, hətta beynəlxalq aləm üçün önəmli əhəmiyyət kəsb edir. Bu gün Asiyanın Avropaya ən səmərəli tranzit yolu Azərbaycandan keçir. Bu da diqqətçəkən faktdır ki, dünyanın ən böyük dövlətlərindən biri olan Çin Xalq Respublikası da avropalılar kimi, Zəngəzur dəhlizinə maraq göstərir. Belə ki, Zəngəzur dəhlizi Çinə Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi hər iki qitə arasında mühüm iqtisadi tərəfdaşa çevirir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin də buradan keçməsini nəzərə alsaq, Azərbaycan dünyanın ən nəhəng lojistik qovşaqlarından birinə çevrilməklə, təkcə dünya iqtisadi sistemində deyil, qlobal siyasi müstəvidə də əlavə nüfuz qazanacaq. Həmçinin bu dəhliz ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya əlaqələrini tamamilə bərpa edəcək. Heç şübhəsiz ki, bu dəhlizin açılması, Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol Naxçıvanı yeni tranzit qovşağına çevirməklə diyarımızın Şərqin qapısı kimi iqtisadi, tranzit əhəmiyyətliliyini daha da artıracaq, muxtar respublikamızın sosial-iqtisadi inkişaf baxımından daha böyük uğurlar qazanmasına səbəb olacaq. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz, Tarixi Zəfər təkcə hərbi qələbə kimi deyil, gələcək möhtəşəm iqtisadi uğurları, beynəlxalq əməkdaşlıq çərçivəsindəki nailiyyətləri ilə də tarixə öz möhürünü vurmuş olacaq.

  YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova.
1 0

Şərhlər

Oxşar xəbərlər