Sabahdan tədrisi digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələrə başlanılacaq
6-05-2024, 15:30
206

Sabahdan tədrisi digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələrə başlanılacaq

Sabahdan tədrisi digər dillərdə olan bölmələr üçün birinci siniflərə qəbulun müsahibə mərhələsinə başlanılacaq.
 
TehsilForumu.Az - a verilən məlumata görə müsahibələr 30 maya qədər aparılacaq. Müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin etmək məqsədi daşıyır.
 
Tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi isə 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək.
0 0

Şərhlər

Oxşar xəbərlər