Azərbaycanda XIV Rus dili Olimpiadasına start verilib
25-04-2022, 07:00
255

Azərbaycanda XIV Rus dili Olimpiadasına start verilib

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən verilən məlumata görə, builki Olimpiada bir neçə əlamətdar tarixə - “Şuşa İli”nə, Qarabağ xanlığının Baş vəziri, tanınmış siyasi və ictimai xadim, məşhur şair Molla Pənah Vaqifin anadan olmasının 305-illiyinə və, Şərqdə ilk diplomat qadın, şairə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilib.


İki mərhələdən ibarət olacaq Olimpiadaya bu il iyun ayında yekun vurulacaq. Olimpiadanın qaliblərinə, məktəb direktorlarına və fəal iştirakçılara mükafatlar təntənəli mərasimdə təqdim ediləcək.


Rus dili Olimpiadası Bakıdakı Rus evinin, Rusiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Təhsil Nazirliyinin və Azərbaycanın Rusdilli Tədris 

Müəssisələrinin Müəllimləri Assosiasiyasının dəstəyi ilə Azərbaycan Dillər Universiteti tərəfindən keçirilir.
Xatırladaq ki, 2021-ci il Olimpiada böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilmişdi. Mürəkkəb epidemioloji şəraitə baxmayaraq həmin Olimpiadada 338 məktəbin 3500 şagirdi onlayn formatda iştirak edib.

 
0 0

Şərhlər

Oxşar xəbərlər