Filialda Almaniyanın Nürnberq şəhərində fəaliyyət göstərən “Türk tarixi və mədəniyyətləri muzeyinin” direktoru Cəmaləddin Özdəmirlə görüş keçirilmişdir.
24-04-2022, 19:37
280

Filialda Almaniyanın Nürnberq şəhərində fəaliyyət göstərən “Türk tarixi və mədəniyyətləri muzeyinin” direktoru Cəmaləddin Özdəmirlə görüş keçirilmişdir.


Görüşdə başda filialın direktoru, dosent Yusif Alıyev, direktor köməkçisi M.Əliyev, filialın müəllimləri və tələbələr iştirak etmişdir. Heydər Əliyev lektoriyasında keçirilən görüş dosent Yusif Alıyevin nitqi ilə başlamışdır. 


Qonaqları salamlayan direktor filialın fəaliyyəti haqqında məlumat vermişdir. Daha sonra Cəmaləddin Özdəmirin fəaliyyətinin əhəmiyyətindən geniş şəkildə danışaraq Azərbaycan tarixinin və mədəniyyətinin Avropada və xüsusən Almaniyada təbliğinə görə dərin minnətdarlığını bildirmiş, 44 günlük Vətən müharibəsi qəhrəmanlarının tanıdılmasının xüsusi təqdirəlayiq hal olduğunu qeyd etmişdir. Bundan əlavə Cəmaləddin Özdəmirə xüsusən böyük Türk dünyasının tanıtımına və Avropanın türkçülük fobiyasını qırmağa çalışdığı üçün minnətdarlıq etmişdir.

Cəmaləddin Özdəmir Qubada, rayonun və bölgənin yeganə ali təhsil mərkəzində olmasından məmnun olduğunu qeyd edərək, istiqanlı qarşılamaya görə minnətdarlıq bildirmişdir.


 Muzeyin fəaliyyəti və görülən tanıtım işləri ilə bağlı görüntülü şəkildə məlumat verən Cəmaləddin bəy muzeydə Azərbaycan tarixinin ən qədim dövründən bu günümüzə qədər olan eksponatlarının sərgiləndiyini qeyd etmişdir. Azərbaycanın multikultural dəyərlərindən də bəhs edərək Qırmızı qəsəbəni gördükdən sonra ölkəmizin və bölgəmizin dünyada yeganə və ən tolerant yer olduğunu qeyd etmişdir. 
Sonda iştirakçılarla xatirə şəkli çəkdirilmişdir.

0 0

Şərhlər

Oxşar xəbərlər