Rus bölməsində müəllim çatışmazlığı var
21-04-2022, 18:09
388

Rus bölməsində müəllim çatışmazlığı var

Orta və ali məktəblərdə rus bölməsi üzrə müəllim çatışmazlığı var.Filologiya üzrə fəlsəfə doktoru, təhsil texnoloqu Şəmil Sadiq belə deyib. Onun sözlərinə görə, son 7 ildə rus bölməsində təhsil alanlarxeyli çoxalıb. Ancaq bu artım müəllim sayında özünü göstərməyib. Yəni rus bölməsi üzrə yeni siniflərin artması ilə paralel olaraq fənn müəllimlərinin qıtlığı yaranır. Şəmil Sadiqin fikrincə, kadr çatışmazğına səbəb olan amillərdən biri də Ali təhsil müəssisələrində bu istiqamətlərdə plan yerlərinin az ayrılmasıdır.

Təhsil texnoloqu deyir ki, müəllim çatışmazlığı problemi rus bölməsində təhsil alanların bilik səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bunu son illərin nəticələrindən də görmək mümkündür. 

Şəmil Sadiq rus bölməsi üzrə ən çox müəllim çatışmazlığının Riyzaiyyat fənni üzrə yarandığınıbildirir.

Təhsil eksperti Səbuhi Abdullayev isə deyir ki, kadr çatışmazlığına səbəb olan amillərdən biri də rus bölməsini bitirən abituriyentlərin pedoqoji ixtisaslara maraq göstərməmələridir. 

Ekspertlərin sözlərinə görə hazırda xaricdə təhsil alan tələbələr arasında rus bölməsinin məzunlarıda kifayət qədərdir.Bu da gələcəkdə sözügedən istiqamətdə kadr çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər. 


0 0

Şərhlər

Oxşar xəbərlər