Hesablama Palatasına mətbuat katibi təyin olunub
31-03-2022, 10:37
391

Hesablama Palatasına mətbuat katibi təyin olunub

Hesablama Palatasında yeni təyinat olub.

TehsilForumu.Az xəbər verir ki, jurnalist Zeynəb Kazımova qurumun mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Zeynəb Kazımova Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin baş redaktorudur.

Xatırladaq ki, o, bu təyinatadək Dövlət Gömrük Komitəsi Akademiyasının mətbuat xidmətinin rəhbəri kimi çalışıb.
0 0

Şərhlər

Oxşar xəbərlər