Təhsil Nazirliyi tərəfindən 1557 nəfər işlə təmin olunub
28-03-2022, 14:34
311

Təhsil Nazirliyi tərəfindən 1557 nəfər işlə təmin olunub

1557 nəfər şəhid ailə üzvü, qazi, müharibə iştirakçısı, hərbçi və onların ailə üzvü Təhsil Nazirliyi tərəfindən işlə təmin olunub. 

TehsilForumu.Az xəbər verir ki, onlardan 198 nəfəri cari ilin ilk iki ayı üzrə işə qəbul olunanlardır. Məqsəd onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsidir.

Qeyd edək ki, işlə təmin olunma prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən start verilən “Məşğulluq marafonu” çərçivəsində həyata keçirilib.
0 0

Şərhlər

Oxşar xəbərlər