ARTİ tərəfindən Şəki rayonunda “Mühəndislik düşərgəsi”nə start verilib
27-03-2022, 09:03
297

ARTİ tərəfindən Şəki rayonunda “Mühəndislik düşərgəsi”nə start verilib

24 mart tarixində müxtəlif universitetlərdən olan ümumilikdə 35 tələbənin iştirakı ilə ARTİ tərəfindən Şəki rayonunda “Mühəndislik düşərgəsi”nə start verilib.

TehsilForumu.Az xəbər verir ki, ARTİ-nin İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Tural Alışov açılış tədbirində iştirak edərək tələbələrin hər birinə uğurlar arzulayıb.

Kampın ilk günü “Unimetal” MMC-nin Texniki işlər üzrə meneceri Orxan Vahabovun “İstehsalat layihələrinin idarə olunması” mövzusunda çıxışı baş tutub. O. Vahabov təqdimat zamanı layihə, layihənin planlaşdırılması və idarə olunması, layihə rəhbəri və onun rolu, vəzifələri, şirkətin strategiyası, komanda, yekun hesabat və s. kimi mövzulardan bəhs edib.

Qeyd edək ki, kamp 24-28 mart tarixlərində Şəki rayonunda “Park Hotel”də keçiriləcək.
0 0

Şərhlər

Oxşar xəbərlər