Yaz fəsli Azərbaycana martın 20-də saat 19:33-də daxil olacaq
15-03-2022, 11:58
423

Yaz fəsli Azərbaycana martın 20-də saat 19:33-də daxil olacaq

Azərbaycana yaz fəsli martın 20-də saat 19:33-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində yaz fəsli başlayacaq.

Bu barədə TehsilForumu.Az  AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd edilib ki, Şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-dək davam edəcək. İyunun 21-i saat 13:13-də yay fəsli yazı əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə, 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə, 36 saniyə olacaq.
0 0

Şərhlər

Oxşar xəbərlər