Fəsillərin Azərbaycana daxil olma vaxtı - 2022-ci ildə
16-12-2021, 07:34
509

Fəsillərin Azərbaycana daxil olma vaxtı - 2022-ci ildə

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ildə fəsillərin Azərbaycana  daxil olma vaxtını açıqlayıb.

TehsilForumu.Az - Akademiyadan  verilən məlumata görə, yaz fəsli - yaz gecə-gündüz bərabərliyi - 20 mart  saat 19:33-də girəcək. Bu zaman Gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edir və ekvatoru kəsərək  cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir, həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.


Yay fəsli - yay günəş duruşu - 21 İyun saat 07:32-də girəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san  olacaq.

Payız fəsli - payız gecə-gündüz bərabərliyi - 23 sentyabr  saat  05:03-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.


Qış fəsli - qış günəş duruşu - 22 dekabr saat 01:48-də girəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san  olacaq.
4 iyul saat 11:10-da Yer Günəşə ən uzaq - 152 098 455 km məsafədən (afeli), 4 yanvar saat 10:52-də isə Günəşə ən yaxın - 147 105 052 km məsafədən (periheli) keçəcək.
0 0

Şərhlər

Oxşar xəbərlər