Dövlət İmtahan Mərkəzi inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirəcək
22-01-2022, 06:58
270

Dövlət İmtahan Mərkəzi inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 23-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.



TehsilForumu.Az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin ediləcək.


İmtahan elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək. İmtahanda iştirak etmək üçün AB vəzifə qrupu üzrə 22, AC vəzifə qrupu üzrə isə 38 namizəd qeydiyyatdan keçib.


İmtahan saat 10.00-da başlanacaq. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09.00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
0 0

Şərhlər

Oxşar xəbərlər