İnzibati rəhbər vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçiriləcək
19-11-2021, 14:51
339

İnzibati rəhbər vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçiriləcək

TehsilForumu.Az Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il noyabrın 21-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.

İmtahan elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək.

İmtahanda iştirak etmək üçün AB vəzifə qrupu üzrə 12 , AC vəzifə qrupu üzrə isə 38 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 11:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 10:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.
0 0

Şərhlər

Oxşar xəbərlər