Məktəbin, müəllimin müdafiəsinə qalxanı dərhal məsxərəyə qoyuruq…
23-12-2021, 16:16
302

Məktəbin, müəllimin müdafiəsinə qalxanı dərhal məsxərəyə qoyuruq…

Fransız mənşəli amerikalı mədəniyyət tarixçisi, pedaqoq, publisist, Kolumbiya Universitetinin professoru olmuş Jak Barzenin belə bir sözü var: “Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir.”

Son günlər məktəb-valideyn münasibətləri yenidən gündəmə gəldi. Özü də əvvəlkilərdən daha kəskin, daha ciddi. Sanki, cəmiyyət iki cəbhəyə bölündü: tərəfdarlar və əleyhdarlar. Məktəb-valedeyn münasibətlərinin çoxsaylı parametrləri bir kənara qoyularaq, məktəblərdə “pul yığımı” “Günah keçisi” qismində önə çəkildi. (Baxmasm belə, bir anlığa xatirəmdə türk serialı “Yarpaq tökümü” canlandı) Elə qələmə verənlər də oldu ki, sanki, rüşvətin korrupsiyanın mənbəyi elə məktəb imiş, necə ki, “KOVİD 19” infeksiyasının mənbəyinin də bilavasitə məktəblər olduğunu sananlar kimi. Beələ nəticəyə gəlmək olur ki, bizim gücümüz elə bizə güc verib, ortalığa çıxarana çatırmış...

Nə baş verir... Dəyərlər dəyişib, yoxsa biz dəyişmişik...? Bu, nə səmiyyətdir, bu, nə mədəniyyətdir – məktəbin, müəllimin müdafiəsinə qalxanı məsxərəyə qoyuruq!? Nə oldu ki, birdən-birə məktəb “məbədgah”lığını, müəllim “müqəddəs”liyini itirdi? Bəs, "savadsız müəııimlər”, "saxta müəllimlər”, "filan qədər müəllim imtahandan kəsildi”, "filan direktor işdən qovuldu” və s. bu kimi fikirlər səsləndirəndə, "pul yığan müəllimlərə ciddi xəbərdarlıq” kimi rəsmi bəyanatlar verəndə bunu düşünmürdük? Yəni, dünyanın hansı sivil ölkəsində belə xəbərdarlıqlar edilir? "Müəllim günü"nə bir həftə qalmış, başlayırıq ki, ay aman qoymayın...

Bir də ki, “pul yığan” elə sanki təkcə müəllimlər imiş. Sonra da ağız dolusu müəllim nüfuzunun qaldırılmasından danışırıq. Əgər hansısa bir məktəbdə, hansısa valideyn komitəsi və ya icması tərəfindən "Müəllim günü” münasibətilə hansısa müəllimə hörmət və ehtiramlarını bildirmək üçün hansısa bir hədiyyə ilə müəllimi təbrik etmək istəyirlərsə, bunu qabardaraq ictimailəşdirmək, rüşvət və korrupsiya səviyyəsinə qaldırıb cəmiyyətə təqdim etmək təkcə müəllim adına deyil, bütövlükdə cəmiyyətə baş ucalığı gətirən hal deyil. 

Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yol verilməzdir. 

Müəllimi tənbeh etmək də olar, cəzalandırmaq da, onun barəsində inzibatı və ya hüquqi müstəvidə cinayət işi də qaldırmaq olar, lakin onunla bağlı hər hansı bir təzahür və faktların ictimailəşdirilməsində ifrata yol vermək olmaz.

Yaşlı və orta nəslin nümayəndələri bilməmiş deyillər ki, məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, problemsiz keçid illərini yaşamışıq. Nə yazıq ki, bir müddət kəsiyində bu illərdən bəri oturuşmuş sistemin ən yaxşı ənənələrini unutduq, yenilik həvəsilə keçmişimizə biganəlik göstərdik. Nəzərə almadıq ki, zamanı qabaqlamaq mümkün olan şey deyil, çünki zaman bizdən sürətlidir...
0 0

Şərhlər

Oxşar xəbərlər