Tovuzda valideynlərin boykot etdiyi məktəbdə SON VƏZİYYƏT- RƏSMİ AÇIQLAMA+VİDEO
5-12-2022, 18:22
308

Tovuzda valideynlərin boykot etdiyi məktəbdə SON VƏZİYYƏT- RƏSMİ AÇIQLAMA+VİDEO

Sosial şəbəkələrdə Tovuz rayonu, Vahidli kənd sakinləri bu gündən etibarən övladlarını məktəbə göndərməyəcəkləri ilə bağlı məlumatlar yayılıb. Valideynlər bildirib ki, bu addımı atmalarına səbəb kənd yollarının bərbad olması, övladlarının məktəbə gedib-gələ bilməməsidir.

 

TehsilForumu.Az -  "Məktəb başlayandan bəri uşaqlarımıza neçə cüt ayaqqabı almışıq, hamısı palçıqlı yollarda dağılıb. Artıq qış ayaqqabılarını çatdıra bilmirik övladlarımızın. Uşağı evdən təzə, salamat ayaqqabı ilə göndəririk, ayaqqabının altı sarı "pemza"nın kleyə dönən palçığına yapışır qalır. Bütün kənd olaraq, yığışıb qərar vermişik ki, sabahdan etibarən uşaqlarımızı məktəbə göndərməyək. Ta yollarımız düzələnə qədər də qərarımızın üzərində dayanacağıq".

 

 Qazax-Tovuz Regional Təhsil İdarəsinin əmakdaşı açıqlmasında problemə aydınlıq gətirib:

 

"Tovuz rayon Vahidli kəndində bu gün üçün məktəbdəki davamiyyət göstəricisi zəifdir.

 

Buna səbəb hava şəraitinin yağıntılı olması ilə əlaqədar yolların vəziyyətidir. Məktəbdən verilən məlumata əsasən, valideynlər uşaqları məktəbə gətirməkdə çətinlik çəkirlər"- deyə o, bildirib.

 

VIDEO:

https://www.youtube.com/watch?v=Ni6PasJXDX0
0 0

Şərhlər

Oxşar xəbərlər