3 saylı xüsusi internat məktəbində RƏZALƏT – VİDEOFAKT
23-12-2021, 16:31
1 095

3 saylı xüsusi internat məktəbində RƏZALƏT – VİDEOFAKT

TehsilForumu.Az milletinsesi.infoya istinadən bildirir ki, Sağlamlıq imkanları məhdud olan uşaqlara qayğı hər zaman dövlətin diqqətində olub. Xüsusilə birinci vitse-prezident Mehriban xanım bu sahəyə qayğı ilə yanaşıb, belə uşaqların təhsilə,daha sonra cəmiyyətə qoşulması üçün bir çox layihələr həyata keçirib.

Bu sahədə atılan ən böyük addımlardan biri sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 saylı Xüsusi internat məktəbi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbi ilə birləşdirilərək onların bazasında Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbi yaradılıb.

1958-ci ildə istifadəyə verilən məktəb binasında 2005-ci ildə Heydər Əliyev Fondunun vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri aparılıb.

2005-ci il mayın 10-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonra açılışında iştirak edib.

Göründüyü kimi 3 saylı Respublika xüsusi internat məktəbi hər zaman diqqət mərkəzində olub və Mehriban xanım məktəbin maddi-texniki bazasının güclənməsinə qayğı göstərib.

https://bax.tv/hadise-ve-olaylar/3-nomreli-xususi-internat-mektebin-muellimleri-ayaga-qalxdi-149426?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=149426

Məktəbdə baş verən olaylar barəsində sosial şəbəkələrdə video şikayət yayılıb və buna sadəcə heyrətlənməmək mümkün olmur.

Məktəb rəhbərliyinin rəvac verdiyi bu əməllər təhsil adına bir ləkə, alver, bazar adına isə bir inkişafdır.

Məktəbdə hazırda 250-yə yaxın şagird təhsil alır. Onların məktəbə qəbul olunmasından ta buranı bitirməsinə qədər olan bütün mərhələlər direktor üçün gəlir mənbəyinə çevrilib. Bir şagirdin məktəbə qəbulu 500 manata başa gəlir. Hər il isə uşaqların tibbi komissiyadan keçməsi üçün direktor əlavə 100 manat tələb edir. Hal-hazırda məktəbdə alverin şıdırğı vaxtıdır.

Müəllimlər direktorun haqqını çatdırmalıdırlar. Məlumata görə direktor karantin, pandemiya vecinə almır. Növbəti tədris ilində şagirdini qorumaq istəyən müəllim 100 manatını direktorun köməkçisinə verməlidir. Əks təqdirdə müəllimin dərs yükü əlindən alınır.

Beləcə sağlamlıq imkanları məhdud uşaqlara dövlətin göstərdiyi qayğı 3 saylı xüsusi təhsil məktəbində alver predmetinə çevrilib. Təhsil adına və dövlətin bu sahəyə olan qayğısına ləkə sayılan bu əməlləri nədənsə əlaqədar qurumlar görmürlər. Bəlkə 3 saylı Respublika xüsusi internat məktəbinin direktorunun xüsusi hüquqları da var bizlər bilmirik!
0 0

Şərhlər

Oxşar xəbərlər