Emin Əmrullayev bu gün Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında iştirak edib
13-05-2024, 12:59
179

Emin Əmrullayev bu gün Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında iştirak edib

Nazir çıxış edib ; O bildirib ki, bu tədbir bizə PISA-nın  qiymətləndirmələrinin ICESCO-ya üzv olan dövlətlərdə mədəni baxımdan əhəmiyyətliliyini müzakirə etmək və artırmaq imkanı yaradır. Müxtəlif dünyada təhsilin qiymətləndirilməsi və siyasətin hazırlanması üçün vahid qiymətləndirmə effektivdir. Beləliklə, təhsil prioritetlərimizi ICESCO-nun üzv dövlətlərinin unikal mədəni kontekstləri və ehtiyacları ilə eyniləşdirmək bizim bağlı olduğumuz prioritetdir.
  Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə baş tutan və “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunan Beynəlxalq konfransın məqsədi ölkələrin qiymətləndirmə çərçivələrini öz unikal təhsil landşaftlarına uyğunlaşdırmaq, daha effektiv, uyğun qiymətləndirmə sistemlərini inkişaf etdirmək üçün istifadə oluna biləcək əsas məqamları və ən yaxşı təcrübələri müəyyənləşdirməkdir.
 
TehsilForumu.Az - a 20-a yaxın ölkədən 40-dən çox nümayəndənin iştirak etdiyi konfrans 13 – 14 may tarixlərini əhatə edəcək. 
 
Konfrans zamanı iştirakçılar ISESCO-ya üzv ölkələrin kontekst və prioritetləri arasında yaxınlaşma və divergensiya sahələrini, qiymətləndirilən bacarıq və sahələr, həmçinin beynəlxalq qiymətləndirmələrin kontekstual məlumattoplama üsullarını və metodologiyalarını araşdıracaqlar.
 
Məlumat üçün bildirək ki, inkişaf etmiş ölkələrin üzv olduğu İƏİT (OECD) və onun tərəfdaş ölkələrini əhatə edən, dünyanın ən böyük şagird qiymətləndirmə tədqiqatı hesab olunan PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) 15 yaşlı şagirdlərin riyaziyyat, təbiət elmləri və oxu üzrə bilik, bacarıq və səriştələrini ölçür.
1 0

Şərhlər

Oxşar xəbərlər