"Dərsdə telefondan istifadə şagirdlərin riyaziyyat nəticələrinə mənfi təsir göstərir.
13-05-2024, 12:54
191

"Dərsdə telefondan istifadə şagirdlərin riyaziyyat nəticələrinə mənfi təsir göstərir.

TehsilForumu.Az- “Azərbaycan müəllimi” xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer bu gün Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında çıxışında qeyd edib.
 
Onun sözlərinə görə, aşağı sosial-iqtisadi imkanlara malik ailələrdən gələn uşaqlara PISA nəticələrinə əsasən, digər həmyaşlarına görə daha aşağı nəticələr toplayırlar.
 
"Dərsdə telefondan istifadə şagirdlərin riyaziyyat nəticələrinə mənfi təsir göstərir. Riyaziyyat dərslərində sinifdə telefon və planşetlər öyrənmək üçün istifadə olunanda şagirdlərin nəticəsində qismən enmə, əyləncə üçün isə istifadə olunanda kəskin azalma müşahidə olunur".
0 0

Şərhlər

Oxşar xəbərlər