Noyabrda şagirdlər neçə gün dərsə GETMƏYƏCƏK ?
22-10-2023, 12:50
726

Noyabrda şagirdlər neçə gün dərsə GETMƏYƏCƏK ?

TehsilForumu.Az xəbər verir ki, Şagirdlərimiz noyabr ayında demək olar ki, az gedəcək.

"Şagirdlərimiz noyabr ayında demək olar ki, dərsə getməyəcək. Belə ki, noyabr ayında ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Bundan sonra isə 5 gün payız tətili (16-20 noyabr) olacaq.

5 günlük məktəblərdə təhsil alan şagirdlər 30 günlük noyabr ayında cəmi 14 gün dərsə gedib, 16 gün istirahət edəcəklər.

İtirilmiş dərslərin bərpası (hər fənn üzrə azı 4 paraqraf) müəllimlərə və şagirdlərə əlavə yük olacaq", - ekspet deyib.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla noyabr ayı üçün iş və istirahət günlərinin yerləri dəyişdirilib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün - 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü - şənbə günü isə rəsmi iş günüdür.

Quba Rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin müəllimi Nigar Müəllimə Əlimirzəyeva 
0 0

Şərhlər

Oxşar xəbərlər