İş və istirahət günlərinin yeri dəyişdirildi - Bir həftə iş olmayacaq
25-05-2023, 10:03
1 042

İş və istirahət günlərinin yeri dəyişdirildi - Bir həftə iş olmayacaq

Gələn ay üçün iki iş və qeyri-iş günlərinin yerləri dəyişdirilib.

TehsilForumu.Az  xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı Qərar imzalayıb.


Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.


Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olacaq.


Növbəti iki gün - 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.


Qeyd edək ki, 26 iyun Azərbaycanın Silahlı Qüvvələri Günü, 28 və 29 iyun isə Qurban bayramıdır.
2 1

Şərhlər

Oxşar xəbərlər