Şagirdə şiddət göstərən , söyüş söyən müəllimlər  hansı qanunları  pozmuş olurlar?- Cəzalar
30-10-2022, 17:03
425

Şagirdə şiddət göstərən , söyüş söyən müəllimlər hansı qanunları pozmuş olurlar?- Cəzalar

Müxtəlif zamanlarda təhsil müəssisələrində təhsilverənlərin şagirdlərə qarşı fiziki və psixoloji şiddətinin şahidi oluruq.

 Əgər müəllim təhsilalana qarşı fiziki və psixoloji şiddət göstərirsə hansı qayda və qanunları pozmuş olur? Ümumilikdə təhsilverənlərin fəaliyyəti hansı rəsmi sənədlər əsasında tənzimlənir?

 
TehsilForumu.Az xəbər verir ki,təhsil müəssisələrində rəhbərlərin, təhsilverənlərin hüquq və fəaliyyət prinsipləri “Təhsil haqqında” Qanunda, “Müəllimlərin etik davranış Qaydaları” vasitəsilə tənzimlənir.


Təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji zorakılığa yol verməməklə bağlı “Təhsil haqqında” Qanunun 11-ci maddəsində qeyd olunub.


Bununla yanaşı müəllimlərin təhsil müəssisəsində təhsilalana, rəhbər şəxsə, valideynə və kollektivə qarşı davranışlarının tənzimlənməsi, tələblərə riayət etməsi “Müəllimlərin etik davranış Qaydaları”-da vurğulanır. Bu Qaydalar təhsilin bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir.

Qaydalara uyğun olaraq müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

Burada “Müəllimin şəxsiyyəti” adlı müddəalarda qeyd olunur: Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir.
əsasən ləğv edilib. Hazırda Daxili İşlər Nazirliyi tərəfindən həmin şəxs barəsində araşdırma aparılır.


http://www.e-qanun.az/framework/18343


http://www.e-qanun.az/framework/28869


http://e-qanun.az/framework/46943

0 0

Şərhlər

Oxşar xəbərlər