Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrdə 21 nəfər uğur qazanıb
7-05-2022, 12:31
278

Dövlət orqanlarında vakant vəzifələr üzrə ümumi müsahibələrdə 21 nəfər uğur qazanıb

On səkkiz dövlət orqanında mövcud olan 91 vakant vəzifə üzrə aprelin 11-dən başlanan ümumi müsahibələr davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 376 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:40-dək olan məlumata görə, 21 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsahibələrin mayın 31-dək keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, ən yüksək müsabiqə müraciəti vəziyyəti Hesablama Palatası, Sosial sahələrin auditi şöbəsi, Sosial müdafiə və sosial təminat sahələrinin auditi sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq siyasəti və demoqrafiq inkişaf məsələləri şöbəsi, İşçi qüvvəsinin bacarıqlarının inkişafı məsələləri sektoru, məsləhətçi (1 vakant yer üzrə 17 namizəd) üzrə yaranıb.
0 0

Şərhlər

Oxşar xəbərlər